ABŞ-da yaxalanan Rus casusuna Putinin agentindən dəstək
22-07-2018 12:06
Baxış sayı:
2833

Ötən illərdə ABŞ-da yaxalanan və Moskva ilə Vaşinqton arasında diplomatik böhrana səbəb olan Rus casusu Anna Çapman, sosial mediada diqqətçəkici paylaşma edib. Ötən həftə FTB tərəfindən yaxalanan Rus casusu Mariya Butinaya dəstək mesajı verən Çapman, "Sorğu zamanı hər əziyyətə döz" – deyə, mesaj göndərib.
Çapman, "Səni çözmək və səndən məlumat almaq istəyəcəklər, amma sən dayan" mesajını bölüşərək Butinanın yanında olduğunu bildirib.
Qeyd edək ki, Çapman, o vaxt Rusiyada olan İngilis MI6 agenti Sergey Skripal ilə mübadilə edilmişdi. Skripal ötən aylarda yaşadığı İngiltərədə Rusiya tərəfindən zəhərlənmiş və Rusiya ilə İngiltərə arasında diplomatik böhrana səbəb olmuşdu.
Rus casusu Butina
Müxalifət.az