Türkiyə klubu İran yığmasının futbolçusunu heyətinə qatıb
21-07-2018 18:01
Baxış sayı:
4585

Türkiyənin "Trabzonspor" klubu İran milli komandasının futbolçusu Vahid Amirini heyətinə qatıb.
"Report" klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. "Trabzonspor" iranlı oyunçunu azad agent kimi transfer edib.
Qeyd edək ki, Vahid Amiri 2016-cı ildən İranın "Persepolis" klubunda çıxış edib. O, İran millisinin heyətində Rusiyada keçirilən dünya çempionatında da oynayıb.