“Azərbaycanda İran bayrağı öpənlər cəzalandırılmır, amma...” – TARİXÇİ ALİM SƏRT DANIŞDI

Baxış sayı:
6145

İranın Sarab şəhərinin məhkəməsi mühakimə etdiyi türk fəal və həkim Seyyid Camal Musəvinejadın barəsində Azərbaycan Respublikasının bayrağını öpərək göstərən fotoşəkillərə əsaslanaraq hökm çıxarıb. Hökmdə məhkəmə müttəhimi biganə ölkənin bayrağına hörmət edib öpməsini göstərən şəkillərlə ittiham edib və müttəhimi bir il həbsə məhkum edib. Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinin məlumatına görə Sarab şəhər Məhkəməsinin çıxardığı hökm Şərqi Azərbaycan apellyasiya məhkəməsi tərəfindən də qüvvədə saxlanıb. Məhkəmə sənədində yazılanlara görə, müttəhimə qarşı irəli sürülən ittiham Ettelaat idarəsinin təhqiqatı və əldə etdiyi sənədlər vasitəsilə “sübut olunub”. Şərqi Azərbaycan vilayətinin Sarab şəhərində yaşayan həkim həmçinin “Seyyid Cəfər Pişəvəri və onun öndərliyində 1945-ci ildə qurulmuş Azərbacan Milli Hökümətini tərifləmək”-də günahlandırılıb. HRA-nın məlumatına görə türk fəal hazırda 400 milyon tümənlik (təqribən 92 min dollar) mülki zəmanətlə müvvəqəti azadlıqdadır. Bildirilir ki, Seyyid Camal Musəvinejad keçən illərdə də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və məhkum olunub. Əslində, İranda bir Azərbaycan türkünün Azərbaycanın bayrağını öpməsi normal qəbul edilməlidir. Çünki İranda, Borçalıda, Dağıstanda, Rusiyada və dünyanın digər ölkələrində yaşayan Azərbaycan türklərinin milli dövlətləri Azərbaycan dövlətidir. Əslində, Cənubi Azərbaycanın İran tərəfindən işğal olunması soyadaşlarımızın bayraq həsrəti yaşamasına səbəb olub. Hələ üstəlik soydaşlarımızın milli dövlətləri olan Azərbaycanın bayrağını öpməsini yasaq edirlər və buna görə hansısa soydaşımızı həbs edirlər. Məhz bu səbəbdən elə İran qədər Azərbaycanın ikinci bir düşməni yoxdur. Çünki İran höküməti çox yaxşı bilir ki, 35 milyondan çox Azərbaycan türkü ayağa qalxsa, dünyada İran adlı dövlət qalmayacaq. Amma İran hökuməti dərk etməlidir ki, milli bayraqlarını öpməyə həsrət qoyduqları xalq bir gün öz bayrağını dikəldəcək. Çünki bir insanı və yaxud xalqı nə qədər çox sıxarsan, o insan və yaxud xalq o qədər tez müstəqilliyə can atacaq və istəyinə nail olacaq. “Bu, İran İslam Respublikasının Azərbaycan bayrağına olan sayğısızlığıdır” İranda Azərbaycan bayrağını öpdüyünə görə bir gəncə ittiham irəli sürülməsi ilə bağlı Bütöv Azərbaycan Ocaqlarının (BAO) ideologiya üzrə başqan müavini, tarixçi alim Dilavər Əzimli “Hürriyyət”ə deyib ki, birincisi, bu, İran İslam Respublikasının Azərbaycan bayrağına olan sayğısızlığıdır: “Çünki İran İslam Respublikasının rəhbərləri başa düşməlidirlər ki, 35 milyondan çox olan azərbycanlı o bayrağı həm də özlərinin müqəddəs bayrağı sayır. İkincisi, onların söykəndiyi Qurani-kərimdə bayraqlara, rəmzlərə həmişə hörmət bəslmək tövsiyyə olunur. Əgər doğrudan da bunlar İslam dininə söykənirlərsə, buna hörmətlə yanaşmalıdırlar. Qurani-Kərimdən gələn ayələrdən bəlli olur ki, insanlar hətta düşmən, kafər bayrağına hörmətlə yanaşmalıdırlar. Buna nə ad vermək olar? Bunu edənlər nə məqsəd güdürər? Bu ciddi şəkildə bir səhvdir”. “İran ona görə ayaq üstədir ki, orada yaşayan Azərbayan türklərinin haqqını tanmır” D. Əzimli vurğuladı ki, azərbaycanlı gəncin bayrağı öpməsinə görə ittiham olunması dövlətlərarası münasibətlərə qarşı yönələn bir addımdır: “Siz təsəvvür edin, Azərbaycanda bir adam İran bayrağını öpərsə, ona qarşı belə bir addım atarlar? Təbii ki, atmazlar. Hələ nə qədər də öpən var. Kimi tuturlar, həbs edirlər? Heç kimi. Bu, əslində, İran İslam Respubliaksının ənənəvi soykökünə söykənmə ənənlərindən irəli gəlir. Bu sasaniçikdən, əhəməniçilikdən irəli gələn bir addımdır. Dini əlində bayrağ edən bir hökumət daha artıq bu məsələdə din adından danışa bilməz. Bəli, İran ayaq üstədir. Ona görə, ayaq üstədir ki, orada yaşayan Azərbayan türklərinin haqqını tanmır. Əgər o tanısaydı, onlara dil məsələsini verərdi. Halbuki, onlar bunun üstündə hakimiyyətə gəldi. Əgər Təbriz olmasaydı, İran xilas ola bilməyəcəkdi və Təbriz İran İslam İnqilabının hərəkətverici qüvvələrinə çevrildi və bunlar gəlməmişdən qabaq da söz vermişdilər ki, dil məsələsində onlar Azərbaycan türkünə üstünlük verəcəklər. Amma hakimiyyətə gələndən sonra qəbul elədikləri ki, ana yasanın 14-cü maddəsinə əməl etmədilər və bu da alternativlik yaradır. Bu gün bayrağı öpəni həbs edə, onu asa bilərlər, amma insanın ruhunu öldürə bilməzlər, bu daha da yüksələcək. Bunu onlar başa düşməlidirlər. Onlar bunu başa düşsəydilər. Azərbaycan türk dilinə ikinci dövlət dili verərdilər. İran təkcə onların deyil. Bimənalı şəkildə deyirəm ki, İran qondarma bir addır. İran adı haqqında nə qədər araşdrıma arapsam da, heç bir yerdə bunun dəqiq cavabını vermədilər. Bu, nə coğrafi, nə də siyasi termindir, uydurma bir termindir. İran həm də bizim qədim türklərin vətənidir. Bu ərazinin ən qədim sakinləri biz türklərik. Onlar ermənisayaq hərəkətlərə keçərək əraziyə, dilə, tarixə sahib olur, qondarma tarix yaradırlar. Bundan imtina etməlidirlər. Əks halda çox böyük fəsadlar olacaq”. “Azadlıq qurbansız olmur” “Bütöv Azərbaycan Ocaqları həmişə belə şeylərə kəskin reaksiya verib. Əlbəttə, bizim bununla bağlı bəyanatımız olacaq. Təkcə bəyanat deyil, lazimi qanun çərçivəsində addımlarmızı atacağıq. Hesab edirəm ki, bu, daha çox bizim İstanbul təmsilçilyimizin Bəzzo-Babək qalasında yürüşlə bağlı atdığı addımlardan sonra baş verməkdədir. Qoy, versin. Bəli, azadlıq qurbansız olmur. Biz bunu davam etdirəcəyik. Biz beynəlxlaq qanunlar çərçivəsində bu məsələyə münasibət bildirəcəyik”,-deyə BAO yetkilisi vurğuladı. “Dövlət rəsmiləri bir vətəndaş kimi bu məsələyə münasibət bildirməlidir” D. Əzimli hesab edir ki, bu məsəldə Azərbaycan hökumətinin birmənalı şəkildə münasibət bildirməsi dövltlərarası münasibətlərə görə düzgün deyil: “Çünki bu, bir nəfərlə bağlıdır. Amma dövlətin məmurları, Xarici İşlər Nazirliyində işləyən ayrı-aryı məmurlar və digər dövlət rəsmiləri bir vətəndaş kimi bu məsələyə münasibət bildirməlidir. Dövlət bunu heç kəsə qadağan etmir”. Şamo EMİN