Adnan Oktar Dəmirdaşın yanına gedir - Qərar
20-07-2018 23:04
Baxış sayı:
4636

Bir müddət əvvəl saxlanılan və hazırda Silivri cəzaçəkmə müəssisəsində olan Adnan Oktarın Ədirnədə F tipli qapalı həbsxanasına köçürüləcəyi bildirilib.
Muxalifet.az xəbər verir ki, onun tək nəfərlik kamerada saxlanılacağı deyilib.
Sözügedən həbsxanada HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirdaş da cəza çəkir.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində A.Oktarla yanaşı 168 nəfər də yaxalanıb.