Naməlum şəxs avtobusda 14 nəfəri bıçaqladı
20-07-2018 19:27
Baxış sayı:
4405

Almaniyanın Lyübek şəhərində naməlum kişi avtobusda sərnişinlərə bıçaqla hücum edib.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər yaralanıb.
Məlumata görə, bıçaqlı şəxsin hücum etdiyini görən sürücü sərnişinlərin çıxması üçün avtobusu saxlayıb.
Bunu görən cinayətkar da sürücüyə hücum çəkib.
Yaxınlıqdakı polislər dərhal həmin şəxsi yaxalayıb.
Hücumda ölənlərin olmadığı bildirilsə də, yaralılardan 2-nin vəziyyəti ağırdır.