"Neftçi"nin kapitanı 6 ay müddətinə sıradan çıxdı
20-07-2018 16:44
Baxış sayı:
4141

Azərbaycan milli komandasının və "Neftçi" klubunun futbolçusu Ruslan Abışov 6 ay müddətinə sıradan çıxıb. "Report"un məlumatına görə, bu barədə 31 yaşlı müdafiəçinin qardaşı və meneceri Sərxan İbrahimoğlu bildirib.
"Ağ-qaralar"ın kapitanı Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"ə 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağından zədələnib. O, meydanı xərəkdə tərk etməli olub və yerini Tural Axundova verib.
Qeyd edək ki, ilk oyunu 3:1 hesablı qələbə ilə başa vurmasına baxmayaraq, səfərdəki böyük hesablı məğlubiyyət üzündən "ağ-qaralar" Avroliqa ilə vidalaşıb.