“Slovakiya İsrail üzərindən Azərbaycana silah satır” – Ermənistandan ŞOK iddia

Baxış sayı:
4246

Ermənistan parlamenti sədrinin müavini Mikael Melkumyan Slovakiyadan olan iş adamları ilə görüşüb. Ermənistan KİV-i xəbər verir ki, görüş İrəvanda baş tutub. İkitərəfli iqtisadi əlaqələrin müzakirə olunduğu məsələdə Mikael Melkumyan Slovakiyanın Azərbaycana silah satmasına da toxunub: “Slovakiya İsrailə tank və avtomatik “Dana” raket sistemləri ixrac edir. Hətta, bunun lisenziyalarını qarşı tərəfə verib. Həmin silahlar isə Azərbaycan üçün nəzərdə tutulub. Slovakiya öz silahlarını Azərbaycana İsrail üzərindən satır”.