​25 yaşlı oğlanın meyiti tapıldı

Baxış sayı:
10474

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 25 yaşlı oğlanın meyiti tapılıb.
FHN-dən "Report"a bildirilib ki, iyulun 18-də Sumqayıt şəhərində dənizdə batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Fərzəliyev Fehruz Bəylər oğlunun axtarışları başa çatıb. F.Fərzəliyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.