ABŞ gəmisi belə məhv edildi - Video
19-07-2018 11:07
Baxış sayı:
10252

Havay adaları yaxınlığında keçirilən RIMPAC beynəlxalq hərbi təlimləri zamanı ABŞ və müttəfiqləri istifadədən çıxarılmış amerika desant gəmisi “USS Racine”ni suya batırıblar.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, “Youtube” sosial mediasında isə həmin anı əks etdirən kadrlar yayımlanıb.
Təlim zamanı gəmi Yaponiya kəşfiyyat təyyarəsi tərəfindən aşkar edilib. Daha sonra gəmiyə Yaponiya esminesləri və ABŞ sahil raket kompleksi tərəfindən 15 raket atılıb.
Bu zərbələr gəmini batırmağa bəs etməyib. ABŞ HDQ-nin gəmini Mk 48 torpedasıyla vurulub və bir saat sonra Sakit Okeanın dibinə gedib.