Şəmkirdə yolu keçmək piyadanı avtomobil vurdu
19-07-2018 09:02
Baxış sayı:
9208

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon "Daş bazarı" deyilən ərazinin yaxınlığında baş verib. Yolu keçmək istəyən təxmini 45-50 yaşlı kişi piyadanı avtomobil vurub. Ağır kəllə-beyin travması alan şəxs öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncə şəhərində yerləşən özəl xəstəxanaları birinə aparılıb. Hazırda həmin şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanıb.