​Qarabağ Sloveniya çempionunu ÇL-dən kənarlaşdırdı

Baxış sayı:
10963

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa çıxıb. 
Muxalifet.az xəbər verir ki, Qurban Qurbanovun komandası öz meydanında Sloveniya çempionu “Olimpiya”nı qəbul edib.
Səfərdə 1:0 hesablı qələbə qazanan Ağdam klubu qolsuz heç-heçə sayəsində mərhələ adlayıb. 
“Qarabağ” ikinci təsnifat mərhələsində Albaniya çempionu “Kukesi” ilə üz-üzə gələcək.