ABŞ-a zərbə: Çin Avropa yatırımlarını 9 dəfə artırdı
18-07-2018 12:54
Baxış sayı:
9766

Çinin Avropaya yatırdığı investisiyaların həcmi ABŞ-a qoyduğu yatırımlardan 9 dəfə çox olub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Avropaya yatırılan investisiyaların həcminin artmasına səbəb ABŞ-la Pekin arasında yaranan fikir ayrılığıdır. Belə ki, 2018-ci ilin ilk yarısında Çindən ABŞ-a yönələn investisiyaların həcmi 92% - 24 milyard dollardan 2,5 milyard dollara qədər aşağı düşüb. Avropaya yatırımların həcmi isə 20 milyard dollara çatıb.