Bakıda kişi özünü 9-cu mərtəbədən atdı - ŞOK SƏBƏB
18-07-2018 12:26
Baxış sayı:
10126

Bu gün səhər saatlarında Bakıda intihar hadisəsi qeydə alınıb. Muxalifet.az billdirir ki, hadisə şahidlərinin publika.az-a verdiyi məlumata görə, Xətai rayonu ərazisində Mehmandarov küçəsində yaşayan 50-56 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq intihar edib. Məlumata görə, kişi mədə xorasından əziyyət çəkirmiş. O, hadisədən öncə həyat yoldaşından onun üçün pəhriz yeməyi hazırlamasını istəyib. Yoldaşı qaz gəlmədiyi üçün yemək hazırlaya bilməyəcəyini deyib. Bu səbəbdən onlar arasında mübahisə düşüb. Evdən çıxan kişi 9-cu mərtəbədə yaşayan bina sakinindən damın açarını istəyib. Dama çıxaraq özünü oradan ataraq intihar edib. Faktla bağlı araşdırma aparılır.