"Liverpul" klubu 18 yaşlı hücumçu ilə müqavilə bağladı

Baxış sayı:
9643

İngiltərənin "Liverpul" klubu gənc futbolçusu Rian Bruster ilə rəsmi müqavilə imzalayıb. 
Muxalifet.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu 2018-2019 mövsümündən etibarən İngiltərə təmsilçisinin əsas komandasında çıxış edəcək. Sözləşmənin detalları isə hələ ki, bəlli deyil. 
Qeyd edək ki, Rian Bruster 2014-cü ildə İngiltərənin "Çelsi" klubunun akademiyasından "Liverpul"a keçib. O, 2017-ci ildə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında 8 qol vuraraq turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.