Tacikistan prezidenti Bakıya gəlir

Baxış sayı:
9604

Tacikistan Prezidenti İmaməli Rəhman avqust ayında Bakıya səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Tacikistan mətbuatı hökumətdə olan mənbəyə istinadla informasiya yayıb.
Tacikistan lideri Bakıya Prezident İlham Əliyevin dəvəti ilə səfər edəcək. Səfər çərçivəsində ölkələrimiz arasında sənədlər paketinin və müqavilələrin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, Tacikistan Prezidenti İmaməli Rəhman avqustda həmçinin Özbəkistana və Türkmənistana da səfər edəcək.