İran Suriyadan çıxmayacaq - Ruhaninin adamı
17-07-2018 17:52
Baxış sayı:
3457

İranın hərbi konsultantları Suriyanın cənub-qərbini tərk etməyəcəklər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Beyruta səfəri zamanı İran prezidentinin xüsusi nümayəndəsi Hüseyn Caberi Ənsari deyib. Onun sözlərinə görə, konsultantlar Suriyada prezident Bəşər Əsədin istəyi əsasında qalırlar:
“Bizim Suriyada qalmağımız Suriya xalqının ehtiyacından asılı olacaq. Qərar Tehran və Dəməşqin qarşılıqlı razılaşması əsasında qəbul ediləcək”.