​Paşinyandan sonra o da oğlunu Qarabağa göndərdi

Baxış sayı:
3673

Ermənistan müdafiə naziri David Tonoyan oğlu Edqar Tonoyanı dünən hərbi xidmətə yola salıb.
Bu barədə “Nyus.am” (“News.am”) saytı məlumat yayıb.
Onun Azərbaycanın işğal edilmiş ərazisi olan Qarabağda xidmət edəcəyi bildirilir.
Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Qarabağda xidmətə yollanmışdı. (axar.az)