Futbolçudan ibrətamiz addım: BÜTÜN KƏNDLİLƏRİNİN KREDİT BORCUNU ÖDƏDİ

Baxış sayı:
3715

Xorvatiya millisinin üzvü Ante Rebiç tədqirəlayiq addım atıb.
 
Dünya çempionatının gümüş medalını qazanan futbolçu doğulduğu Xorvatiyanın İmotski kəndinin sakinlərinin kredit borclarını ödəyib.
Bu barədə 24 yaşlı futbolçunun sabiq komanda yoldaşı Lovro Sindik məlumat verib. Rebiç bu addımı dünya çempionatından əvvəl atıb. Split yaxınlığındakı kənddə böyüyən futbolçu heç vaxt öz həmkəndlilərini unutmayıb və 500 nəfərin kredit borcunu ödəyib.
Qeyd edək ki, Rebiç hazırda Almaniyanın "Ayntraxt” komandasının formasını geyinir.