“Mühüm bir açıqlama verəcəyəm” - TRAMP
14-11-2017 15:45
Muxalifət.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp rəsmi “Tvitter” səhifəsində Filippindən Amerikaya qayıdandan sonra Ağ Evdə mühüm bir açıqlama verəcəyini yazıb. Tramp bu paylaşmanı iki həftəlik Asiya səfərinin son dayanacağı olan Filippinin paytaxtı Manilada edib.
“Sputnik”in yaydığı xəbərdə isə, Tramın Yaponiya, Çin, Cənubi Koreya, Vyetnam və Filippinə səfərinin sonunda “ABŞ ilə ticarət edən bütün ölkələrin qaydaları artıq dəyişib” sözlərini söylədiyi deyilir.