Türk ordusu 90 SURİYALI QADINA TƏLİM KEÇDİ
24-10-2017 10:56

Türk ordusu tərəfindən suriyalı qadınlara polislik təlimləri keçirilib.
Bu barədə “Yeni Şəfəq” informasiya yayıb.
Məlumata görə, türk ordusu əvvəlcə doğma evlərinə dönən Suriya vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına dəstək məqsədilə 5 min suriyalıya polislik təlimi keçib. Bir qədər sonra isə suriyalı qadınlara həmin təlimlər keçirilib və kursda uğur əldə edən 90 qadın xidmət aparmaq üçün seçilib. Qadınlara protokol, asayişi təminetmə, yaxın təqib, terrorla mübarizə, silahdan atış öyrədilib.
90 nəfər qadın polis andiçmə mərasimindən sonra rəsmi şəkildə işə başlayıb.