100-dən çox İŞİD üzvünü öldürən 24 yaşlı tələbə qıza görə 1 milyon dollarlıq vəd - FOTOLAR

Coanna Palani - 24 yaşlı danimarkalı tələbədir. Onun qətli üçün 1 milyon dollar mükafat təyin edildi. Niyə? Kimdir Coanna Palani?
Coanna İŞİD-in 100-dən çox döyüşçüsünü öldürüb. O, İŞİD-ə qarşı İraq Kürdüstanının özünümüdafiə gücləri - peşmergə tərəfindən vuruşurdu.
Coanna iran-kürd əsillidir. O, Fars körfəzində müharibə zamanı İraqda qaçqınlar üçün ayrılan düşərgədə doğulub.
Coannanın 2 yaşı olanda ailə döyüş zonasından çıxmağı bacarır. O, ilk dəfə əlinə silahı 9 yaşında ikən götürür. Artıq 2014-cü ildə Danimarkada kolleci atır və Suriyaya yola düşür.