Dağıstanın başçısı vəzifəsindən istefa verdi

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov istefa verib.
 
O, sentyabrın 27-də könüllü istefa ərizəsi yazıb.
Bundan sonra R.Abdulatipov Rusiya Prezident Administrasiyasına çağrılıb. Ona bir neçə vəzifə təklif edilib və hazırkı postuna mümkün iddiaçının namizədliyi müzakirə edilib.
Dağıstan başçısı yerli mətbuata məlumatı təsdiqləyib və bu addımı atmasına səbəb kimi bu il 71 yaşının tamam olacağını göstərib:
"İstefanın səbəbi yaşımdır. Artıq 71 yaşım var. Səbəb yalnız budur, çünki ölkə ağır böhrandan çıxıb və yüksəliş mərhələsindədir”.