41 yaşlı qadını avtomobil vurub - BAKIDA
16-09-2017 08:35

Bakıda qadını avtomobil vurub.
Hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Sadıqova Lamiyə İdeal qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.
Həkimlər L.Sadıqovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.