Telman İsmayılovun obyektlərində axtarış aparılır

Məşhur azərbaycanlı iş adamı, Moskvadakı “Çerkizovo” bazarının keçmiş sahibi Telman İsmayılovun obyektlərində axtarış aparılır.
 
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, istintaq tədbirləri 12 ünvanda həyata keçirilir. Bu barədə agentliyə sahibkarın vəkili Aleksandr Dobrovinski məlumat verib.