Timoşenko Poroşenkonu polisə verir: “Əlimdə sənədlər var”
14-09-2017 16:17

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Ukrayna Prezidenti Petro Poroşenkodan polisə və antikorrupsiya idarəsinə şikayət edəcək.
O, bununla bağlı “NyusVan” telekanalına müsahibəsində məlumat verib:
“Poroşenko Rusiyadan maye qaz alır və monopoliya vasitəsi ilə onu yüksək qiymətə Ukraynaya satır. Əlimdəki bütün sənədlərin sürətini polisə və antikorrupsiya idarəsinə təqdim edəcəyəm”.