"İnterfaks" agentliyinin redaktoru ölü tapılıb
14-09-2017 14:44

Redaktor evin həyətində asılı vəziyyətdə aşkar edilib
"İnterfaks" informasiya agentliyinin redaktoru Yuri Nikiforov ölü tapılıb.
Rusiya KİV-i xəbər verir ki, redaktor Moskva ətrafındakı Odintsovo şəhərində, Marşal Krılova küçəsindəki evin həyətində asılmış vəziyyətdə aşkarlanıb.
Cəsədi onun həyat yoldaşı aşkar edib. 33 yaşlı kişinin ölüm səbəbləri müəyyən edilir. Məhkəmə-tibbi müayinə üçün cəsəd morqa göndərilib.