NATO baş katibi Türkiyənin “S-400” sistemi almasından danışdı
14-09-2017 13:25

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya və Türkiyə arasında S-400 raket əleyhinə müdafiə sistemlərinin satışı ilə bağlı əldə olunan razılaşmaya münasibət bildirib.
Stoltenberq bunun Türkiyənin qərarı olduğunu bildirib:
“Türkiyə NATO-ya daxil olmayan sistemləri əldə edə bilər. Bu sistemin NATO-ya daxil edilməsi üçün heç bir təklif almamışıq”.
Qeyd edək ki, Türkiyə Rusiyadan 2 milyard dollar qarşılığında 4 ədəd S-400 sistemi alacaq.