Bərzani Kərkükdən səsləndi: “Savaşacağıq”

25 sentyabrda müstəqillik referendumunun keçirilməsinin qarşısını almaq istəyən qüvvələrə qarşı gücdən istifadə edəcəyik.
 
Bunu Kərkük şəhərində çıxışı zamanı İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani söyləyib.
“Kərkükün taleyini burda yaşayan xalqlar müəyyən etməlidir. Biz tez-tez təhdidlər eşidirik. Bizi müharibə ilə hədələyirlər. Biz bu hədələrə qarşı sakit oturmayacağıq”, – deyə o bildirib.