“Kasperski” ABŞ-da qadağan olundu
14-09-2017 10:59

ABŞ-ın bütün dövlət müəssisələrində “Kasperski” şirkətinin məhsullarının istifadəsi minimum üç ay müddətinə qadağan olunub.
Bu barədə informasiyanı ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yayıb.
Qeyd edək ki, Rusiyanın məşhur “Kasperski” şirkəti bundan öncə ABŞ tərəfindən kibercasusluqda ittiham olunmuşdu.