Mingəçevirdə 55 yaşlı qadını maşın vurub
14-09-2017 09:02

Yaralının vəziyyəti ağırdır
Gecə saatlarında Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində, Toxuculuq Kombinatı kimi tanınan ərazinin qarşısında qeydə alınıb.
Həmin prospektdə yaşayan 1962-ci il təvəllüdlü şəhər sakini Rəsulova Kamilə Bəkir qızını yolu keçmək istəyən zaman maşın vuraraq ağır xəsarət yetirib.
Əldə edilən ilkin məlumata əsasən, qəzanı törədən “VAZ-2106" markalı avtomobil olub. Yaralı K.Rəsulova təcili şəhər xəstəxanasına çatdırılıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.