Piyadanı vuran sürücü maşını gizlədib - BAKIDA

Sürücü saxlanılıb, avtomobil tapılaraq cərimə meydançasına aparılıb
 
Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Zabrat qəsəbsində yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Yaxşı Əliyevanı "Mercedes" markalı avtomobil vurub.
Hadisəni törədən sürücü Əsgər Zeynalov maşını yaxınlıqda gizlədərək qadını taksi vasitəsilə xəstəxanaya aparıb. Lakin hadisə haqqında polisə məlumat verildikdən sonra məlum olub ki, Ə.Zeynalov törətdiyi yol-nəqliyyat hadisəsini gizlətmək istəyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil tapılaraq cərimə meydançasına yerləşdirilib.