Mixail Saakaşvili Kiyevə yollanacağı tarixi açıqladı
14-09-2017 01:30

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili sentyabrın 19-da Kiyevə gedəcəyini bəyan edib.
Ukranews.com xəbər verir ki, bu barədə M.Saakaşvili Çernovtsı şəhərində çıxış edərkən bildirib.
“Mən daha bir neçə şəhərə səfər edəcəyəm. Sentyabrın 19-da Kiyevdə olmaq niyyətindəyəm. Həmin gün həm də Kiyevin qoruyucusu Arxangel Mixailin günüdür. Kiyev təcili xilas edilməlidir”, - deyə M.Saakaşvili vurğulayıb.