Piyadanı vuran sürücü hadisə yerindən qaçdı - ŞƏMKİRDƏ
13-09-2017 21:42

Şəmkirdə avtomobil piyadanı vurub.
Hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil təxminən 20-25 yaşında olan Mübariz Məmmədov adlı şəxsi vuraraq hadisə yerindən qaçıb.
Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda yol-nəqliyyat qəzasını törədən sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir(apa).