ABŞ Türkiyənin düşməninə 90 TIR-lıq hərbi yardım etdi

ABŞ Deyr əz-Zor əməliyyatı çərçivəsində YPG də daxil olmaqla, Demokratik Suriya Qüvvələrinə (DSQ) 90 TIR-da zirehli "Xammer" avtomobili göndərib.
 
ABŞ YPG terrorçularına ağır silahlar göndərib.
YPG təmsilçiləri bildirib ki, ABŞ əməliyyat üçün daha çox silah göndərəcək.
Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-ın YPG-yə silah göndərməsinə kəskin etirazını bildirir və bunu özünə təhqir hesab edir.