“Ərəb dövlətləri kürdlərin referendum keçirməsinə qarşıdırlar”

Əhməd Camal: “İraqın ərazi bütövlüyü bölgənin təhlükəsizliyi və sabitliyinin təminatıdır”
 
 “Ərəb dövlətləri yekdilliklə İraqın şimalında yerli kürd hökumətinin müstəqilliklə bağlı referendum keçirməsinə qarşıdırlar”.
TASS xəbər verir ki, bunu İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal bildirib.
“Ərəb Dövlətləri Liqasının XİN başçıları Şurasının müşavirəsində ərəb dövlətləri İraqın şimalındak kürd yerli hökumətinin referendum keçirmək haqqında qərarını yekdilliklə rədd ediblər. Ərəb dövlətləri İraqın ərazi bütövlüyünün bölgədə təhlükəsizlik və sabitlik amili olduğunu dəstəklədiklərini bildiriblər ”, - deyə o, vurğulayıb.