Türkiyənin Baş Qərargah rəisi girovluqdan azad edilib
16-07-2016 10:28

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edən hərbçilərin girovluğundan azad edildiyi bildirilir.
Bu barədə Hurriyyet.org CNN Türk-ə istinadən xəbər verir.
Məlumata əsasən girov götürülmüş Baş Qərargah rəisi Akınçı hərbi bazasına aparılıb.
Hazırda onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü qeyd olunur.