Alman klubu "Qarabağ"ın bu futbolçusunu istəyir - 15 milyon avro büdcə ayrılıb

Baxış sayı:
277

UEFA Çempionlar Liqasındakı çıxışı ilə Avropa klublarının diqqət mərkəzinə düşən Elvin Cəfərquliyevin karyerasında ciddi dönüş yaşana bilər. "Ayntraxt"la oyunda nümayiş etdirdiyi inamlı və baxımlı futbol 24 yaşlı müdafiəçiyə marağı xeyli artırıb.

Almaniya Bundesliqasının aparıcı klublarından olan "Bayer" Leverkuzen də Elvin Cəfərquliyevi transfer siyahısına daxil edib.

Klub rəhbərliyinin yay transfer pəncərəsində azərbaycanlı futbolçunu heyətinə qatmaq niyyətində olduğu bildirilir. Leverkuzen təmsilçisi Elvini, yayda "Barselona"ya satılması gözlənilən Alixandro Qrimaldonun potensial əvəzləyicisi kimi görür.

"Bayer" rəhbərliyi Qrimaldonun gedişindən sonra yaranacaq boşluğu Çempionlar Liqasında özünü yaxşı tərəfdən göstərən Elvin Cəfərquliyevlə doldurmağı düşünür. Xüsusilə Elvinin ötən mövsüm məhz Leverkuzenə qarşı keçirdiyi oyundakı performansı klub rəsmilərinin yaddaşında qalıb.

Məlumata görə, "Bayer" Leverkuzen Elvin Cəfərquliyevin transferi üçün 10-15 milyon avro civarında büdcə ayırmağa hazırdır. Hazırda "Qarabağ"ın formasını geyinən futbolçunun klubla müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir və bazar dəyəri 1,5 milyon avro olaraq göstərilir.