MEHDİYEVİ KİM “SATIB”: ƏLİ HƏSƏNOV, YOXSA ADNAN ƏHMƏDZADƏ?

Prezident Admnistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı qaldırılmış cinayət işi ətrafında maraqlı proseslər davam edir.
Muxalifet.az xəbər verir ki, əsas müzakirə mövzularından biri Mehdiyevin kim tərəfindən “satılması” ilə bağlıdır.
Belə ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bu barədə yazıb ki, sabiq aparat rəhbərini ələ verən şəxs keçmiş müşavir Əli Həsənov olub. Onun sözlərinə görə, əvvəl Əli Həsənov istintaqa cəlb edilib və çevriliş planı barədə məlumatları təfərrüatları ilə açıqlayıb. “Ramiz Mehdiyev Əli Həsənovun ifadələri əsasında həbs edilib”.
Lakin digər mənbələr isə Mehdiyevin planının üstünün açılmasında SOCAR-ın sabiq idarə müdiri, hazırda həbsdə olan Adnan Əhmədzadəni hədəf göstərirlər. Onlar bildirirlər ki, Əhmədzadə istintaqa verdiyi ifadəsində Mehdiyevin niyyəti barədə danışıb.