Məşhur fabrikə Cahangir Əsgərovun xanımının adı verildi
9-10-2025 09:50
Baxış sayı:
504

Bu ilin yanvarında vəfat edən AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adı əbədiləşdirilib.
Muxalifet.az teleqraf-a istinadla xəbər verir ki, “Gazelli Group”un parfüm və kosmetika fabrikinə Zərifə Həmzəyevanın adı verilib.
Qeyd edək ki, sözügedən fabrik Bakının Şüvəlan qəsəbəsində yerləşir.
Zərifə Həmzəyeva “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti idi. O, həmçinin “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü olub.
C.Əsgərov və Z.Həmzəyevanın iki qızı var.