Yaşayış olan evi dağıdan tikinti şirkətinin əməkdaşları saxlanıldı - CİNAYƏT İŞİ AÇILDI
27-03-2025 15:49
Baxış sayı:
1298

Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.