Dövlət əleyhinə çağırış etmişdi: həbs olundu

Baxış sayı:
1234

Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Elşən Kərimovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil Zibeydə Sadıqova çıxış edərək müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmünə əsasən, Elşən Kərimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elşən Kərimov ötən il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Barəsində həbs qətimkan tədbiri seçilib.