Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət məhkəməyə verildi - Keçmiş prezident işə bərpa olunmasını tələb edir
18-01-2025 16:56
Baxış sayı:
1386
"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialı məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, şirkətlə bağlı Yasamal Rayon Məhkəməsinə müraciəti qurumun keçmiş prezidenti Walker James Alan edib.
Mahiyyəti işə bərpa və əmək haqqı tələbi üzrə mübahisə olan iş hakim Aydan Oruclunun icraatındadır. Növbəti baxış iclası yanvarın 28-də keçiriləcək.
Qeyd: 2011-ci ildə dövlət qeydiyyatına alınan "Balakhani Operating Company LTD"nin hazırki qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.