SON DƏQİQƏ: AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü - ÖLƏNLƏRİN SİYAHISI / VİDEO, YENİLƏNİR

Baxış sayı:
1032

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə bağlı komissiyanın yaradılmasına göstəriş verib.

Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Bildirilib ki, sözügedən komissiyaya Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.

11:56

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin adları paylaşılıb.

Siyahını təqdim edirik:

**

11:49

Qazaxıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, qəzada 14 nəfər sağ qalıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan beşinin vəziyyəti ağırdır. 

11:27

"Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub".

Bu barədə AZAL-dan bildirilib. Qeyd olunub ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

**

11:13

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı AZAL-dan məlumat verilib.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

**11:08

Azərbaycandan Çeçenistan Respublikasının paytaxtına uçan təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Bu barədə "Orda" nəşri xəbər yayıb.

Bildirilir ki, təyyarə "Azərbaycan Hava Yolları"na məxsus olub. Təyyarənin Bakıdan Qroznıya uçduğu vurğulanır.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub./oxu.az