Oruc Zalovun oğlu işdən çıxarıldı - İdarə rəisi idi
20-12-2024 23:02
Baxış sayı:
1780
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin"bsədri Şahin Bağırov müvafiq əmr imzalayıb. R.Zalovun təqaüdə göndərildiyi bildirilir.
Komitənin saytından da Rəşad Zalovla bağlı məlumatlar götürülüb.
Qeyd edək ki, Rəşad Zalov daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur.