"Hər dekabr bunu yada salıram..." - Messi
19-12-2024 00:09
Baxış sayı:
385
"İnter Mayami" və Argentina millisinin futbolçusu Lionel Messi 2022-ci ilin dünya çempionatının final görüşünün 2-ci ildönümünə aid paylaşım edib.
O, sosial şəbəkələrində yazıb:
"Dekabr ayını və Milad bayramlarını sevirəm. 2 il bundan öncə ilin ayı xoşagəlməz ola bilərdi. Amma nəticədə idman karyeramın ən gözəl ayı oldu. İndi isə hər dekabr bunu yada salıram... Hər kəsi 2-ci ildönümü ilə təbrik edirəm".
Xatırladaq ki, sözügedən turnirin finalında Argentina millisi Fransa ilə qarşılaşmışdı. Oyunun əsas və əlavə vaxtları 3:3 hesablı heç-heçə ilə bitdiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Burada da daha dəqiq olan Argentina millisi 4:3 hesabı ilə qalib gəlib və dünya çempionu olub.