DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı

Baxış sayı:
286

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına Mərakeş, Portuqaliya və İspaniyanın ev sahibliyi edəcəyini rəsmən açıqlayıb.

Daha üç oyun Cənubi Amerikada – Uruqvay, Paraqvay və Argentinada baş tutacaq.

Daha əvvəl məlum olub ki, İtaliya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün Səudiyyə Ərəbistanı və Misirlə birgə ərizə verməmək qərarına gəlib. Beləliklə, Mərakeş, Portuqaliya və İspaniyanın müraciəti yeganə olaraq qalıb.

İlk dəfə olaraq futbol üzrə dünya çempionatı üç qitədə və altı ölkədə keçiriləcək. 2030-cu il dünya çempionatında ən çox matçlar Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. Açılış oyunu Uruqvayda baş tutacaq və yerli milli komanda iştirak edəcək. Eyni hal Argentina və Paraqvay yığmalarının qruplar üzrə ilk görüşlərinə də aiddir – onlar açılış oyunlarını öz ölkələrində keçirəcəklər.

Qeyd edək ki, 2030-cu ildə tarixdə ilk dünya çempionatının 100 ili tamam olacaq. İlk DÇ Uruqvayda keçirilib.