Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib

Baxış sayı:
3640

Ölkənin ən sərfəli mobil operatoru “Nar” sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, COP29 ərəfəsində jurnalistlər üçün ekologiya mövzusunda təlimin keçirilməsinə dəstək olub. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkilatçılığı ilə COP29 konfransına hazırlıq məqsədilə keçirilən bu təlimdə yerli peşəkar jurnalistlər iştirak edib.
Təlimi iqlim mövzusu üzrə beynəlxalq təcrübəli ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara aparıb. O, iqlim mövzusunda çoxsaylı beynəlxalq tədbirlərdə iştirakı ilə əldə etdiyi bilik və təcrübəni bölüşərək jurnalistlərə ekologiya mövzusunda məlumat toplama və araşdırma üsullarını təqdim edib.
Peşəkar təlimçi media əməkdaşlarına qlobal istiləşmə, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində effektiv layihələrin hazırlanması və onların büdcəsinin düzgün idarə olunmasının əhəmiyyəti barədə geniş məlumat verib. Jurnalistlər iqlim dəyişikliyi ilə bağlı mövzuların mediada işıqlandırılması üçün yeni biliklər və peşəkar yanaşmalar əldə ediblər.
“Nar” bu layihəyə dəstək verərək ekologiya mövzusu üzrə maarifləndirmə və iqlim dəyişiklikləri ilə mübarizədə medianın rolunu gücləndirməyə töhfə verir. Layihə həm də şirkətin ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) prinsiplərinə uyğun fəaliyyətini və COP29-un məqsədlərinə dəstəyini göstərir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.