"Starlink" Gürcüstan vətəndaşları üçün əlçatan oldu - İLON MASK AÇIQLADI
1-11-2023 12:41
Baxış sayı:
2681

"SpaceX"-in "Starlink" peyk interneti Gürcüstanda işə salınıb. Bu barədə şirkətin qurucusu İlon Mask bildirib.
"Starlink artıq Gürcüstanda mövcuddur", - deyə Mask sosial mediadakı səhifəsində yazıb.
"Starlink Georgia" 2022-ci il iyunun sonunda qeydiyyata alınıb. İyulun ortalarında Gürcüstan Rabitə Komissiyası şirkətə respublikada fəaliyyətə başlamaq üçün icazə verib.
"Starlink" qlobal peyk rabitə sistemi layihəsidir və 2002-ci ildə Mask tərəfindən qurulan "SpaceX" tərəfindən hazırlanıb.
"Starlink" sistemi Yer orbitində çəkisi 500 kq-a qədər olan çoxlu sayda kiçik cihazları yerləşdirməklə, bütün dünya üzrə istifadəçilərin internetə çıxışını təmin etmək üçün nəzərdə tutulub.