İrəvan Moskvaya ikitərəfli saziş imzalamağı təklif etdi - Roma Statutu...
28-09-2023 13:48
Baxış sayı:
2228

İrəvan Moskvanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.
Bu barədə ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.
O qeyd edib ki, bu, Roma Statutu Ermənistan tərəfindən ratifikasiya olunması halında, Rusiyanın qorxularını dağıtmağa imkan verəcək.
"Mətn bir neçə ay əvvəl, apreldə təqdim olunub. Həmkarlarımızın reaksiyasını gözləyirik", o qeyd edib.