PUTİNİN SƏHHƏTİ İLƏ BAĞLI NÖVBƏTİ İDDİA ORTAYA ATILDI - VİDEO
16-09-2023 12:53
Baxış sayı:
2379

Səhhəti ilə bağlı tez-tez gündəmə gələn Rusiya lideri Vladimir Putinin xəstə olmasıyla bağlı növbəti iddia ortaya atılıb.
Belə bir iddia ilə Almaniyanın “Bild” nəşri çıxış edib.
Belə ki, Putinin Şimali Koreya lideri Kim Çen Inla görüşündən video yayımlayan “Bild”, Rusiya liderinin iclas zamanı narahat hərəkətlər etməsinə diqqət çəkib.
Alman nəşri Putinin ayaqlarının sürətlə və qeyri-ritmik titrəməsini xəstəlik əlaməti kimi qiymətləndirib.
“Putinin oxşar davranışı keçən il Pasxa mərasimində də gözə çarpmışdı. Media onun Parkinson və xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirir. Kreml Rusiya lideri ilə bağlı bu şayiələri təkzib edir və onun səhhətinin əla olduğunu vurğulayır”- deyə, “Bild” qeyd edib.